Ölkə birinciliyi ağır çəkili ağırlıqqaldıranların mübarizəsi ilə başa çatdı

Ölkə birinciliyi ağır çəkili ağırlıqqaldıranların mübarizəsi ilə başa çatdı

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmələrin ölkə birinciliyi sona yetib.

Allsport.az saytı xəbər verir ki, 15 yaşlılarda 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.

17 yaşlı ağırlıqqaldıranlarda 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.

Həmin kateqoriyadan