Ölkə birinciliyində rekord sayda idmançı

23-24 fevralda avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, yarış Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində olacaq.

Yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparacaq. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord idmançı sayıdır.

Qaliblər diplom və medallarla mükafatlandırılacaq. Eyni zamanda, fərqlənən idmançılar mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident kuboku-2024” beynəlxalq reqatasında iştirak edərək yığma komandanın heyətinə cəlb ediləcək.

Həmin kateqoriyadan