- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0

21-23 mayda Azərbaycan gimnastika federasiyası ilk dəfə aerobika üzrə dünya yaş qrupları təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, sayca 9-cu olan bu yarışlarda 12-14 və 15-17 yaş qruplarında gimnastlar mübarizə aparacaqlar.
Hər 2 yaş qrupunda fərdi qız və oğlan, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero rəqs proqramında da öz qüvvələrini sınayacaqlar.