Onlayn beynəlxalq yarışdan 11 medal

Bədii gimnastika millimiz Bolqarıstan gimnastika federasiyasının təşkil etdiyi onlayn turnirdə iştirak edib. Allsport.az saytı xəbər verir ki, sayca 3-cü olan yarışda qızlarımız 11 medal qazanıblar.

Arzu Cəlilova top, halqa və gürzlərlə çıxışına görə 2-ci, çoxnövçülükdə 3-cü yerdə qərarlaşıb. Onun komanda yoldaşı Nərminə Səmədova lentlə 3-cü olub, halqa ilə çıxışına görə isə 4-cü yer tutub.

Gənclərdə Kamilla Seyidzadə tam bir medal dəstini əldə edib: topla çıxışına görə 1-ci, lentlə 2-ci və çoxnövçülükdə 3-cü olub. Onunla eyni yaş qrupunda yarışmış Alina Məmmədova həm çoxnövçülük, həm halqa, həm də gürzlərlə 2-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan