- Baxış sayı: 54
- 02 Noyabr 2026 10:26
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, məğlubiyyətsiz gürcüstanlı UFC döyüşçüsü İlya Topuriya avstraliyalı Aleksandr Volkanovski ilə döyüşdə qalib gələcəyini təxmin edib:
“Mən onu ilk raundda nokautla bitirəcəyimi düşünürəm. Çox güman ki, ayağımın önünə tullanmasa, nokaut olacaq. Mən onun “işığını” söndürəcəm.
Mən MMA-nın yeni nəslinə aidəm. Bütün aspektlərə inkişaf etmiş bir üslubum var. Mən özümü Volkanovskidən qat-qat yaxşı və daha effektiv finişçi hesab edirəm.
Təcrübə onun tərəfindədir, amma gənc qan mənim tərəfimdədir.
Topuriya və Volkanovski fevralın 17-də Anahaymda (ABŞ) keçiriləcək UFC 298 yarışında UFC yüngül çəkidə dünya çempionu titulları uğrunda döyüşəcək.