Paris “Böyük dəbilqə”sinin ilk günündə Rüstəm Orucov gümüş medal qazandı

Bu gün Parisdə cüdoçular arasında mötəbər “Böyük dəbilqə” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya xalları verən yarışda milli komandamız da iştirak edir. İlk yarış günündə 1 idmançımız fərqlənib. 73 kq-da mübarizə aparan Rüstəm Orücov finalda yaponiyalı Xiroyuki Akimotoya uduzaraq, gümüş medalla kifayətlənib.

Nicat Şıxəlizadə (66 kq) 5-ci olub. Bu çəkidən çıxış edən digər cüdoçumuz Tərlan Kərimov ilk mərhələdən qalib ayrılsada, sonrakı mübarizədə Ukraynanı təmsil edən Georgi Zantarayaya məğlub olub. İlqar Müşkiyev (60 kq) cəmi bir tutaşmadan qalib ayrılıb.

Qadınların mücadiləsində Aişə Qurbanlı (48 kq) ilk rəqabətdə türkiyəli Ebru Şahinə uduzub. Yarış sabah da davam edəcək. Qeyd edək ki, «Böyük dəbilqə»də ilk 5 yeri tutanlar müvafiq olaraq 500, 300, 200, 100 xal qazanırlar.

Həmin kateqoriyadan