Pirallahıda layihə

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə səyyar “Sağlam həyat” layihəsi aprelin 21-də Pirallahı qəsəbəsində keçirilib.

Allsport.az xəbər verir ki, layihə çərçivəsində tədbir iştirakçıları müxtəlif fiziki tapşırıqları və idman normativlərini yerinə yetiriblər. Maraqlı keçən proqram çərçivəsində iştirakçıların dözümlülük, çeviklik və fiziki hazırlıq səviyyələri qiymətləndirilib. Normativləri uğurla yerinə yetirən iştirakçılar sertifikatlarla təltif olunublar.

Həmin kateqoriyadan