- Baxış sayı: 42
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

UFC-nin sabiq ulduzu Xorxe Masvidal rusiyalı döyüşçü Maqomed Zaynukovun gələcəyi barədə fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, amerikalı keçmiş döyüşçü UFC-də debütünü qələbə ilə başa vuran Zaynukovun çempion ola biləcəyini bildirib:
“Əgər Maqomed güləşdən də yaxşı müdafiə oluna bilirsə, düşünürəm ki, bu oğlan gələcəkdə UFC çempionu olacaq”.
Maqomed Zaynukov ötən həftə UFC-də ilk döyüşünə çıxaraq polşalı Damian Jepetski üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Rusiyalı idmançı peşəkar MMA karyerasında keçirdiyi 9 görüşün hamısından qalib ayrılıb.