- Baxış sayı: 55
- 28 İyul 2026 11:26
- Baxış sayı: 147
- İyul 28, 2026
- 0

UFC-nin yarımağır və ağır çəkidə sabiq çempionu Con Cons ünvanına səsləndirilən steroid ittihamlarını rədd edib.
Allsport.az xəbər verir ki, 38 yaşlı amerikalı döyüşçü orqanizmində aşkarlanan maddənin qida əlavəsindən qaynaqlandığını bildirib:
“Mən heç vaxt steroid istifadə etməmişəm. Orqanizmimdə qida əlavəsindən keçən bir maddə aşkarlanmışdı və bu, sübut olunub. Həmin maddənin miqdarı o qədər az idi ki, onu müəyyən etmək üçün çox bahalı elmi araşdırmalar aparıldı. Üstəlik, bu maddənin performansı artıran heç bir təsiri yox idi. Bütün bunlar sənədlərlə təsdiqlənib. Amma azarkeşlər buna məhəl qoymadan məni steroid istifadəçisi adlandırırlar. Mən heç vaxt steroid qəbul etməmişəm və bu, sübuta yetirilib”.
O, döyüşçülərin onun haqqında ziddiyyətli fikirlər səsləndirdiyini də vurğulayıb:
“Bir tərəfdən məni axmaq adlandırırlar, digər tərəfdən isə guya steroid istifadə edib UFC-ni aldatmış dahi olduğumu deyirlər. Hansı doğrudur? Mən axmağam, yoxsa hər kəsi aldadan dahi?”