- Baxış sayı: 75
- 06 Noyabr 2026 18:12
- Baxış sayı: 300
- Noyabr 09, 2026
- 0

Avstraliyalı gənc tennisçi Kruz Hüit peşəkar karyerasında əlamətdar uğura imza atıb.
Allsport.az xəbər verir ki, 17 yaşlı tennisçi Vaşinqtonda keçirilən ATP-500 turnirinin ilk mərhələsində ABŞ təmsilçisi Markos Gironu 6:3, 6:4 hesabı ilə məğlub edib.
Bununla da dünya reytinqində 612-ci pillədə qərarlaşan Kruz Hüit ATP turnirlərinin əsas mərhələsində ilk qələbəsini qazanıb.
2-qat “Böyük dəbilqə” çempionu Leyton Hüitin oğlu olan Kruz Hüit ikinci mərhələdə yunanıstanlı Stefanos Tsitsipas – avstraliyalı Aleks de Minor cütünün qalibi ilə qarşılaşacaq.