“Püşkatmada bəxtimiz gətirmədi”

Cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020-də çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, O, medal qazanmamasının səbəblərindən danışıb:

“Əlbəttə ki, nəticə heç birimizi qane eləmir. Biz bu yarışa 7 kişi cüdoçu ilə gəlmişdik. Beş il idi bu yolu gedirdik, Olimpiadaya hazırlaşırdıq. Nəticənin belə olmasının bir yox, bir neçə səbəbi ola bilər. Bəzi cüdoçularımız gəncdir, bəlkə təcrübəsizliyə görə uduzublar.

Mən və Rüstəm Orucovun püşkatmada bəxtimiz gətirmədi. Hər ikimizin çəkisində 2-3 rəqib var ki, çox çətindirlər. Belə oldu ki, onlar da bizim qərarlaşdığımız qrupa düşdü.

Əslində hazırlığımız yaxşı keçmişdi. Hamımız bura müsbət ab-havada gəlmişdik, tam hazır idik. Sadəcə, bəxtsizlik oldu. Konkret bir səbəb deyə bilmirəm”.

Həmin kateqoriyadan