Qoşa çarxçılarin dünya çempionatı başlayır

Sentyabrın 21-də İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, planetin ən güclülərinin mübarizə aparacağı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 qoşa çarxçı ilə təmsil olunacaq.

Mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq – o, sentyabrın 22-də fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirəcək.

Sentyabrın 23-də 18 yaşadək idmançılar arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış edəcəklər.

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə (time trial) qüvvəsini sınayacaq.

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

Həmin kateqoriyadan