Reqatanın bağlanış mərasimi

Allsport.az xəbər verir ki, 7 may saat 19:00-dan etibarən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutacaq.

Bakı bulvarında, su idman sarayının yaxınlığında təşkil olunacaq bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə keçiriləcək.

Sürprizlərlə dolu qala tədbirdə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, tanınmış ulduz Miri Yusifdə mərasimdə iştirak edəcək.

Həmin kateqoriyadan