Reytinq 4 cüdoçumuza Rio-2016-ya yollanmaq imkanı verir

Beynəlxalq Cüdo Federasiyası iyulun 20-nə olan reytinq siyahısını dərc edib. Allsport.az saytı xəbər verir ki, dünya sıralamasında 3 cüdoçumuzun mövqeyi onlara Rio olimpiadasında mübarizə aparmaq imkanı verir.

Bakı-2015-də gümüş medal qazanan Orxan Səfərov (60 kq) 2208 xalla reytinqdə 1-cidir. Bu çəkidə çıxış edən digər titullu idmançımız İlqar Müşkiyev xeyli geriləyərək 26-cı yerə duşub (670).

Nicat Şıxəlixadə (66 kq) 1244 xalla reytinqdə 9-cudur. London oyunlarının iştirakçısı Tərlan Kərimov da aşağı yuvarlananlar sırasındadır. O, 37-ci yerdədir (460).

73 kq-da Rüstəm Orucov aşkar liderdir. Təmsilçimizin 1997 xalı var. Bu çəkidə Hüseyn Rəhimli 72-cidir (206). Abdulhaqq Rəsullu (81 kq) 89-cu (158), Məmmədəli Mehdiyev 90-cıdır (154).

Ağır çəkililərin sıralamasında Ramin Qurbanov (90 kq) 372 xala malikdir. Şahin Qəhrəmanov 166 xalla 87-cidir.

100 kq-da 2 cüdoçumuz əməli olaraq Rio-2016-ya lisenziyanı özünə təmin edib. Bunlar reytinqdə 2-ci olan Elmar Qasımov (2278) və ilk dünya çempionumuz Elxan Məmmədovdur (14; 1097).

Millimizin yeganə kişi legioner idmançısı Uşanqi Kokauri 423 xalla 40-cıdır.

Qadınlarda bizdən ən yaxşı göstərici 2 dəfə olimpiya oyunlarının iştirakçısı Kifayət Qasımovadır. O, 293 xalla 48-cidir. Aişə Qurbanlı (48 kq) 117 xalla 70-cidir.

Qeyd edək ki, qaydaya əsasən, hər çəkidə kişilərdə ilk 22, qadınlarda birinci 26 yerdə qərarlaşanlar Rio Yay Olimpiya Oyunlarına yollanmaq imkanı qazanacaqlar.

Həmin kateqoriyadan