Rio-2016-da 2-ci medalı da cudoçumuz qazandı

Rio-2016-da cudo yarışı bitmək üzrədir. Allsport.az saytı xəbər verir ki, dünən mübarizəyə Elmar Qasımov (100 kq) qoşulub. 1/16 finalda Rusiyadan olan olimpiya, dünya və Avropa çempionu Tahir Xaybulayev üzərində inamlı qələbə qazanan idmançımız, uğurun davamımı finaladək gətirib.

Həlledici görüşədək cüdoçumuz Layes Buyakub (Əlcəzair), Ramadan Dərviş (Misir) və Artyom Bloşenkonu (Ukrayna) da üstələyib. Bu gün gecə saatlarında o, çex Lukas Krpaleklə final tutaşmasına çıxıb. Son saniyələrdə Elmar fənd işlətməyə çalışsa da, özü əsk-fəndə düşərək məğlub olub, gümüş medalla kifayətlənib.

Buna qədər Rüstəm Orucov 73 kq-da 2-ci ter tutub.

Həmin kateqoriyadan