Rio-2016-da ilk medal müjdəsi cudoçumuz Rüstəm Orucovdan gəldi

Braziliyada 31-ci Yay olimpiya oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, “dördilliy”in 4-cü günündə nəhayət, medal müjdəsi gəlib. 73-kq mübarizə aparan Rüstəm Orucov 1/16 finalda Didar Həmzəni (Qazaxıstan), sonra Jak Benstedi (Avstraliya) üstələyib.

Daha sonra macarıstanlı Miklos Unqvari həmyerlimizlə tutaşmada yenilib. Yarımfinalda israilli Saqi Mukini də məyus edən Rüstəm Orucov, ölkəmizə ilk medalı qazandırıb. Təəssüf ki, titullu idmançımız həlledici görüşdə yaponiyalı Ono Şoheiyə uduzaraq, gümüş mükafatla kifayətlənib.

 

Həmin kateqoriyadan