Rio-2016-ya 6 cüdoçumuz yollanacaq – ümumi olimpiyaçı sayımız 53-ə çatdı

Rio oyunlarına lisenziya xalları qazandıran cüdo yarışları başa çatıb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Braziliyaya ylllanacaq idmançıların adlarını açıqlayıb. Gözlənildiyi kimi, Rio-2016-da ölkəmizi 6 cüdoçu təmsil edəcək. Bunlardan dördünün kimliyi məlumdur: Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq). Adı çəkilən tatami istaları öz çəkilərində aşkar lider olduğundan, onları millidə digərinin əvəzləyicisi inandırıcı deyil.

Məşqçilər heyəti hələ 60 və 100 kq-da seçim etməyə tələsmir. 60 kq-da Orxan Səfərov və ya İlqar Müşkiyev, 100 kq-da isə Elmar Qasımov, ya da Elxan Məmmədov komandanın aparıcı üvzləridir. Adları ilk çəkilən cüdoçular xal yağımında öndə olublar. Böyük ehtimalla, ən yüngül çəkidə Orxan Səfərova üstünlük verəcək. Ancaq 100 kq-da seçimin kimin lehinə olacağını söyləmək çətindir. İndiki vəziyyətdə Elmar Qasımov üstün görünür. O, cari olimpila mərhələsində sabit çıxış edib və reytinqi öz çəkisində 1-ci yerdə qapayıb. Elxan Məmmədov əsas xalı ilk və hələlik yeganə dünya çempionu olmasıdır.

Qeyd edək ki, İJF qaydalarında, ilk 22 pilləni tutan cüdoçu olimpiadada iştirak hüququ qazanır. Bu lisenziyalarla ümumi say 53-ə çatıb. Bu, London olimpiadasındakı rekordumuzun təkrarıdır.

Həmin kateqoriyadan