- Baxış sayı: 53
- 16 Sentyabr 2023 10:50
- Baxış sayı: 38
- Sentyabr 27, 2023
- 0
Allsport.az xəbər verir ki, Aleksey Toropçenko NHL-də ilk dəfə tam mövsümü keçirib. “Sent Luis”in 23 yaşlı xokkeyçisi 67 matçda 19 (10+9) xal toplayıb. Bu, onun “Sent-Luis”dəki 2-ci ilidir. Keçən mövsüm Aleksey gah əsas, gah da əvəzedici komandada çıxış etsə də, o, bu il heç vaxt AHL-ə göndərilməyib.
Bütün bu müddət ərzində isə Toropçenkonun yanında gözəl həyat yoldaşı Polina olub.
Aleksey və Polina, yeniyetməlikdən bəri birlikdədirlər. 4 il əvvəl, Aleksey cəmi 20 yaşında olanda sevgilisinə evlilik təklif edib və cütlük ailə həyatı qurub.
Aleksey məşhur xokkeyçi ailəsindəndir. Forvardın atası Leonid Toropçenko 1993-cü il layihəsində “Pitsburq” tərəfindən seçilib. 24 ildən sonra Aleksey “Sent-Luis”ə dəvət olunub. Leonid isə oğlundan fərqli olaraq heç vaxt NHL-də oynamayıb.
Alekseyin və onun cazibədar həyat yoldaşının fotolarını təqdim edirik: