Rüstəm Orucov: Finalda yaponiyalı rəqibim cox güclü idi

“Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rio-2016-da gümüş medal qazanan cüdoçu Rüstəm Orucov deyib. O, finaldakı rəqibinin güclü olduğunu bildirib:

“Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi. Olimpiadaya hazırlaşarkən, yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün, görüşdə üstünlüyə sahib oldu”.

Həmin kateqoriyadan