Rüstəm Orucova yeni vəzifə

Allsport.az xəbər verir ki, 2016-cı il olimpiya oyunlarının gümüş mükafatçısı Rüstəm Avropa cüdo birliyinin (ACB) atletlər komissiyasının üzvü təyin edilib.

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib.

Rüstəm Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur.

O, 2017 və 2019-cu illərdəki dünya çempionatlarında 2-ci pilləyə yüksəlib.

2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.

Həmin kateqoriyadan