Şərif Şərifov: Qızıl medalları dəst etmək hər idmançıya nəsib olmur

“Şərqin Parisi”ndə qitənin ən güclüsü adını qazanan Şərif Şərifov Azərbaycan güləşi tarixində qızıl medallarını dəst edən ilk milli üzvü oldu. Olimpiya və dünya çempionumuz “Polivalent” arenasında allsport.az saytına sevincini bölüşdü və gələcək planlarını açıqladı.

– “Avropa qızılı” mənim üçün çox vacib idi. Əvvəlki sınaqlarda 3 dəfə medal (2 gümüş, 1 bürünc – K.H.) qazanmışdım, amma bunların əyarı belə yüksək deyildi. Bu mükafat kolleksiyamda çatmırdı.

– Bununla da “qızıllar”ını dəst etdin.
– Bəli, bu böyük xoşbəxtçilikdir, hər idmançıya nəsib olmur.

– Kifayətdir, yoxsa arxası olacaq?
– Hələ ki davam edəcəyəm, sonrasına baxarıq. İndidən bir söz deyə bilmərəm. Öncə istirahət etməliyəm. Ondan sonra məşqçilərin tövsiyyəsinə əsasən qarşıdakı planları cızacağam. Minskdə Avropa oyunları olimpiya çəkiləri üzrə keçiriləcəyindən, 92 kq olmayacaq. Bu üzdən, fikirləşməyə vaxtım qalacaq.

– Dünya çempionatında hansı çəkidə güləşməyi düşünürsən?
–  Elə öz çəkimdə. Çəki salmağı düşünmürəm. Çünki sonra bərpa olmaq çətin olur. Misal üçün, Avropa çempionatı ərəfəsində 4-5 kq çəki saldım. Tutaşmalar zamanı dayanmaq çətin oldu.

– Hər halda, Tokio-2020-yə yollanmaq üçün çəkini dəyişmək məcburiyyətindəsən.
– Dünya çempionatından sonra məşqçilərlə məsləhət edəcəyəm. Çox istərdim ki, 3-cü dəfə olimpiadada iştirak edim.

Kamran HACI, Buxarest  

Həmin kateqoriyadan