Sadıq Sadıqov yeni yaradılan “Neftçi İdman Klubu”nun basketbolçuları ilə müqavilə imzalayıb

“Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, ictimai birliyin yeni yaranmış basketbol komandasının üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, öncə komandaya müxtəlif ölkələrdən yeni transfer olunmuş oyunçularla müqavilə imzalanıb. Ardınca klub rəhbəri idmançılarla komanda ətrafında müxtəlif məsələlər barədə xeyli müzakirə aparıb və onlara Azərbaycan basketbol liqasında uğurlar diləyib.

Basketbolçular onlara göstərilən etimada görə klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, onlara bəslənən ümidi doğrultmaq və komandaya uğur qazandırmaq üçün bütün gücləri ilə çalışacaqlarını söyləyiblər.

“Neftçi İdman Klubu” artıq startı verilmiş XXVIII Azərbaycan çempionatında mübarizə aparacaq. Oktyabrın 15-də “Sərhədçi” idman olimpiya mərkəzində ilk tur çərçivəsində “AAAF Xırdalan”la üz-üzə gələcək.

Həmin kateqoriyadan