Şamaxıda reqbi festivalı

29 oktyabrda Şamaxı olimpiya mərkəzinin stadionunda 2010-2011-ci il təvəllüdlü yeniyetmə reqbiçilərin festivalı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, tədbirdə Şuşa, Sumqayıt, Qəbələ və Şamaxıdan ümumilikdə 5 komanda iştirak edəcək. Festival ölkəmizdə fəaliyyət göstərən reqbi komandalarının oyun təcrübəsinin artırılması, həmçinin yeniyetmələr arasında Azərbaycan çempionatının keçirilməsinə hazırlıq xarakteri daşıyacaq.

Yarış dairəvi sistem üzrə keçiriləcək. Yarış iştirakçıları xüsusi diplomlarla, hər komandanın ən yaxşı oyunçuları isə hədiyyələrlə təltif olunacaqlar.

Həmin kateqoriyadan