Serbiyadadan 8 mükafatla

Serbiyanın Niş şəhərində gənclər arasında beynəlxalq turnirdə millimizin üzvləri uğurlu çıxış ediblər.

Allsport.az saytı xəbər verir ki, Ramil Vəlizadə 200 metr batterflyayda “A” finalında 2.03.01 göstərici ilə bütün rəqiblərini ötüb. Bu göstərici ilə üzgüçümüz həm də bu turnirin rekordunu təzələyib. O, eyni üsulda 100 mert məsafəyə üzmədə də 55.23 nəticə ilə yarışın rekordunu təzələyərək, 1-ci yer tutub. Ramil 50 metr batterflyayda 25.27 göstərici ilə “A” finalında gümüş medal qazanıb.

Millimizin digər üzvü Rəşad Alquliyev 50 metr arxası üstə üzmədə “A” finalında 28.83 göstərici ilə bürünc medal qazanıb. İdmançımız 100 arxası üstə üzmədə də eyni nəticəni göstərib.

Əbdürrəhman Rüstəmov 200 metr batterflyay üsulunda üzmədə “B” finalında 1-ci yer, “A” finalında isə 2.11.08 göstərici ilə 3-cü olub.

Həmin kateqoriyadan