SOCAR Borçalıda soydaşlarımız üçün müasir idman kompleksi tikəcək

SOCAR Borçalıda soydaşlarımız üçün müasir idman kompleksi tikəcək

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Borçalı (Kvemo Kartli) bölgəsinin Marneuli rayonunda yeni idman kompleksinin təməli qoyulub.

Allsport.az saytı xəbər verir ki, SOCAR-ın sifarişi və maliyyəsi vəsaiti ilə rayonun Qızılhacılı kəndində inşa olunacaq qurğunun tikintisində şirkətin prezidenti Rövnəq Abdullayev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, parlamentin deputatları və digər şəxslər iştirak ediblər.

8 aya tikilib istifadəyə verilməsi nəzərdə tutulan kompleksdə mini futbol, voleybol, basketbol meydançaları, üzgüçülük hovuzu, 150 nəfərlik qapalı tribuna, konfrans zalları yaradılacaq. Kompleksin ümumi sahəsi 1175 kvadratmetr olacaq.

Həmin kateqoriyadan