“Synergy Baku” Çində daha bir yarışda çıxış edəcək

“Synergy Baku” Çində keçiriləcək daha bir çoxgünlük yarışda mübarizə aparacaq. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılarımız sayca 5-ci dəfə təşkil olunacaq “Tour of Taihu Lake” yürüşündə çıxış edəcəklər. Noyabrın 1-də start götürəcək 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Yürüşdə iştirak edəcək heyətə gəlincə, Çində 2 gün öncə başa çatan Haynan Turunda mübarizə aparmış 7 velosipedçidən yalnız biri “Tour of Taihu Lake” yarışında iştirak etməyəcək – bu, Kristof Şvayzerdir.

“Synergy Baku”nun “Tour of Taihu Lake” yürüşü üçün heyəti: Maksim Averin, Elçin Əsədov, Aleksandr Surutkoviç, Samir Cəbrayılov, Ənvər Asanov və İsmayıl İlyasov.

Həmin kateqoriyadan