- Baxış sayı: 113
- 27 Mart 2024 20:00
- Baxış sayı: 159
- Mart 28, 2024
- 0
“Synergy Baku” 2014-cü il mövsümündə sonuncu yarışında iştirak edir. Allsport.az xəbər verir ki, komandamız Çin turnesi çərçivəsində keçirilən daha bir yürüşdə – “Tour of Fuzhou”da mübarizə aparır.
3 mərhələli yarışda 17-si kontinental, 5-i isə milli olmaqla 22 kollektiv çıxış edir. Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyasına malik yürüşdə bu gün 122 km-lik ilk mərhələyə yekun vurulub.
Velosipedçilərimizin hamısı – Maksim Averin, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç, Ənvər Asanov və İsmayıl İlyasov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar – 2 saat, 39 dəqiqə, 34 saniyə. Fotofinişə əsasən ən yüksək göstərici Maksim Averinə məxsusdur – o, 6-cı yeri tutub.