- Baxış sayı: 23
- 07 May 2026 23:23
- Baxış sayı: 167
- May 08, 2026
- 0
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük “Le Tour de Langkawi” yürüşündə mübarizəni davam etdirir. Allsport.az xəbər verir ki, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 6-cı mərhələ başa çatıb.
Bu gün iştirakçılar 96.6 km məsafə qət ediblər. “Synergy Baku” üzvlərinin hamısı mərhələni liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar – 2 saat 14 dəqiqə 19 saniyə. Fotofinişə əsasən, ən yüksək göstərici Aleksandr Surutkoviçə məxsusdur – 13-cü yer.
Elçin Əsədov isə 28-ci nəticə göstərib. Yeri gəlmişkən, Elçin ən yaxşı dağ velosipedçilərinin siyahısında ilk onluqda qərarlaşır. Sabah iştirakçılar 170 km məsafə qət edəcəklər.