Təkanla qaldırmada gümüş medal

Təkanla qaldırmada gümüş medal

Rumıniyanın paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir.

Allsport.az saytı xəbər verir ki, dünən Füqan Əliyev (81 kq) körpücük üzərinə çıxıb. O, U-23-də birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.

İdmançımız təkanla qaldırmada uğurlu çıxış edib. 179 kq-ı qaldırıb və gümüş medal qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

Həmin kateqoriyadan