Taekvondoçumuz və cüdoçumuz diskvalifikasiya olundular

Taekvondoçu Ramin Əzizov (-80 kq) və cüdoçu Könül Əliyeva (48 kq) diskvalifikasiya olunublar. Allsport.az xəbər verir ki, Əliyeva orqanizmindən istifadəsi qadağan edilmiş diuretiklər, furosemid və gizlədici maddələr tapılmasına görə 12 aylıq cəzalanıb.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 19-dan qüvvəyə minmiş cəza 2021-ci ilin fevralı 19-da başa çatacaq. 

Əzizovun isə orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması 24 aylıq cəza almasına səbəb olub.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 2022-ci ilin fevralın 25-də başa çatacaq. 

Həmin kateqoriyadan