“Tour of Hainan”da 4-cü mərhələ

Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Hainan” veloyürüşü davam edir. Allsport.az saytı xəbər verir ki, 9 mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.

Bu gün keçirilən 4-cü mərhələdə iştirakçılar 145.8 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı – Ənvər Asanov, Elçin Əsədov, Aleksandr Surutkoviç, Maksim Averin, İsmayıl İlyasov, Samir Cəbrayılov və Kristof Şvayzer finişi mərhələ qalibindən 2 saniyə sonra keçən pelotonun içərisində olublar – 3 saat 16 dəqiqə 1 saniyə.

Bu nəticə “Synergy Baku”nun komanda hesabında 4-cü pillədəki mövqeyini qorumağa şərait yaradıb. Fərdi sıralanmaya gəlincə, ilk “onluq”da komandamızın 3 üvzü var – Samir Cəbrayılov 8-ci, Aleksandr Surutkoviç 9-cu, 3-cü mərhələdə 2-ci olan Maksim Averin isə 10-cudur.

Həmin kateqoriyadan