VİDEO
Ümumdünya Şahmat Olimpiadasının açılışına hazırlıq davam edir

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Allsport.az saytı xəbər verir ki, artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı “Amapola Exclusive Events” şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq.

Həmin kateqoriyadan