Uşanqi Kokauri mübarizəni erkən dayandırdı

Rio-2016-da cüdo yarışı bizim üçün artıq başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu gün bizdən son iştirakçı mübarizəyə qoşulub. Uşanqi Kokauri (+100 kq) debüt olimpiadasında ilk tutaşmada latviyalı Artur Nikiforenkoya qalib gəlsə də, yaponiyalı Xisaeşi Xarasavaya uduzaraq rəqabəti dayandırıb.

Öncə çıxış etmiş 5 cüdoçumuzdan 2-si medal sevinci yaşayıb. Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş medal qazandırdıqları halda, Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) 2-ci görüşündə məğlub olub.

Həmin kateqoriyadan