- Baxış sayı: 134
- 11 Noyabr 2026 11:35
- Baxış sayı: 347
- Noyabr 09, 2026
- 0

Azərbaycan üzgüçülük federasiyasında rəhbərlikdə dəyişiklik olub.
Allsport.az xəbər verir ki, federasiyanın baş katibi Fərid Bənənyarlı vəzifəsindən istefa verib.
Bu posta Həsənov Fəxri Şaiq oğlu təyin olunub.
Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan texniki universitetinin mühəndis iqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan dövlət iqtisad universitetinin maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər avto lizinq Azərbaycan MMC-də çalışıb.