Üzgüçümüz dünya su idmanı çempionatında

Üzgüçülük idman növü üzrə Azərbaycan milli komadasının kapitanı Ramil Vəlizadə “B” kateqoriyalı lisenziya qazanaraq Qətərin Doha şəhərində keçirilən dünya su idmanı çempionatında iştirak edir.

Allsport.az xəbər verir ki, federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə fevralın 2-dən 18-dək keçirilən və 190 ölkədən 2600-ə yaxın elit idmançını bir araya gətirən çempionat “Aspire Dome”, “Hamad Aquatic Centre” və “Köhnə Doha” limanında təşkil olunub.

Üzgüçümüz bu gün 200 metr məsafədə batterfly, fevralın 16-da isə 100 metr məsafədə batterfly üsulunda gücünü sınayacaq.
ABŞ, Kanada, Avstaliya, Niderland, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, İspaniya, Yaponiya, İsveçrə, Braziliya kimi dövlətlərin güclü idmançılarının da qatıldığı yarışda hazırda 25 medalla Çin liderlik edir. Avstriya 10 medalla ikinci, ABŞ idmançıları 7 medalla 4-cü yeri tutur.

Həmin kateqoriyadan