Vladimir Dolmatov və qrup komandamız finalda

Bakıda aerobika üzrə dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, mayın 29-dək davam edəcək yarışda 22 ölkədən 171 gimnast mübarizə aparır. İlk sınaqda bizdən Vladimir Dolmatov finala yüksəlib. O, təsnifatda 7-ci olub, hakimlərdən 21 xal alıb.

Çempionatda qrup hərəkətləri komandamız da həlledici mərhələyə adlayıb. Heyətdə adı ilk çəkilən milli üzvündən savayı, İmran İmranov, Balaxanım Əhmədova, Xoşqədəm Quliyeva və Nərminə Hüseynova çıxış edir. Yığma 19,761 xal yığıb, 7-ci yer tutub.

Həmin kateqoriyadan