- Baxış sayı: 38
- 15 Sentyabr 2026 15:44
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

Qazaxıstanlı tennisçi Aleksandr Bublik Avstriyanın Kitzbühel şəhərində keçirilən “ATP-250” turnirinin yarımfinalına vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, dünya reytinqinin 11-ci pilləsində qərarlaşan Bublik 1/4 finalda slovakiyalı Aleks Molçanı (ATP-də 81-ci) inamlı oyunla məğlub edib.
Qarşılaşma qazaxıstanlı tennisçinin 6:3, 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Bublik finala gedən yolda Argentinanı təmsil edən Tomas-Martin Etçeverri ilə üz-üzə gələcək.