Yarışa 45 min polis nəzarət edəcək

2024-cü il olimpiya oyunlarının açılışı günü Parisdə asayişi 45 minə yaxın polis qoruyacaq.

Allsport.az xəbər verir ki, açılış mərasimi iyulun 26-da Parisdən axan Sena çayında baş tutacaq. İdmançıların Austerlitz körpüsündən Yena körpüsünə qədər çay boyunca altı kilometrlik yolu qət edəcəkləri gəmiləri sahildən təxminən 500.000 tamaşaçı izləyəcək.

“Ümumilikdə 45 minə yaxın polis və jandarma əməkdaşı cəlb olunacaq. Yəni söhbət 1 km-lik hissədə 3750 polis və jandarmanın növbətçiliyindən gedir”, – deyə polis və ədliyyə üzrə ekspert Dominik Rize bildirib.

Əlavə olaraq 400 müşahidə kamerasının quraşdırılacağı qeyd edilir.

Yay olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Həmin kateqoriyadan