Yeniyetmələrin Bakı birinciliyində 700-dən çox cüdoçu mübarizə aparacaq

13-15 dekabrda Azərbaycan cüdo federasiyası və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə U-18 yeniyetmə cüdoçuların Bakı şəhər birinciliyi keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda paytaxtın 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 712 (664 oğlan, 48 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish