- Baxış sayı: 51
- 13 May 2026 16:42
- Baxış sayı: 85
- May 13, 2026
- 0

Macarıstanın Kapoşvar şəhərində yeniyetmə üzgüçülərin beynəlxalq turnirdə Süleyman İsmayılzadə 1500 metr sərbəst üsulda 16:10,99 göstərici ilə bütün rəqiblərini qabaqlayıb və 721 balla Azərbaycanın yeniyetmələr arasında rekordunu təzələyib.
Allsport.az saytı xəbər verir ki, o, 400 metr məsadəfə sərbəst üsulda 04:08,42 göstərici ilə qızıl medal qazanıb və 695 balla Azərbaycanın yeniyetmələr arasında rekordu yeniləyib.
Digər üzgüçümüz Oqtay Hüseynov da beynəlxalq turnirdə milli komandamızın hesabına qızıl medal qazandırıb. 4:49,32 göstərici ilə 400 metr qarışıq üsulda bütün rəqiblərindən üstün olub. O, Hüseynov 400 metr sərbəst üsulda 4:13,92 göstərici ilə gümüş medala yetişib.
Millinin hesabına növbəti qızıl mükafatı Səid Həmidov yazdırıb. O, 4:19,64 göstərici ilə 400 metr sərbəst üsulda hamını qabaqlayıb.