Əməkdar məşqçi: “Bizə indi nəticə yox, gənclərin inkişafı maraqlandırır”

“AHF arena”da kişi həndbolçuların superliqasının 7-ci turunda bu mövsüm sırf gənclərdən qurulan “Dinamo” daha təcrübəli “Təhsil” klubunu 29:28 üstələdi. Matçdan sonra qalib komandanın baş məşqçisi Rəşad Hüseynov sevincini allsport.az saytına bölüşdü:

“Bu çempionatdan etibarən, diqqəti yalnız yeniyetmələrə yönəltmiş, heyəti onların üzərində formalaşdırmışam. Bizə indi nəticə yox, gənclərin inkişafı maraqlandırır. 22-29 martda Həştərxanda olimpiya çempionunun şərəfinə beynəlxalq yarışda mübarizə aparacağıq.

Bu ay Gürcüstanda turnirdə iştirak etdik. Son 7 ildə qızlar istista olmaqla, aşağı yaş qrupunda nəticə göstərməmişdi. Orada 1 qələbə, 1 heç-heçə və 2 yenilgi oldu. Rəqib milli bizim yaş qrupundan yuxarı, 2004-2005-ci il təvəllüdlüləri buraxmışdı.

Hazırda gələcəyi düşünürük. Məşqçi o məşqçidir ki, uduzmağı bacarsın. Federasiyamızın çox düzgün idman siyasəti var: güclülər bir qrupda, zəiflər ayrı qrupda cəmlənib. Biz 3 eyni səviyyəli klub sonadək mübarizə aparacağıq. Rəhbərlik yeniyetmə və gənclərə xüsusi diqqət və qayğı göstərir”.

Həmin kateqoriyadan