Əməkdar məşqçi vəfat etdi

Rusiyanın fiqurlu konkisürmə üzrə əməkdar məşqçisi Natalya Dubinskaya 74 yaşında dünyasını dəyişib.

Allsport.az xəbər verir ki, bu barədə onun oğlu Denis Samoxin sosial şəbəkədə məlumat verib:

“Dünən gecə saatlarında Rusiyanın əməkdar məşqçisi Natalya Petrovna Dubinskaya bizi tərk etdi. Dünən anam getdi… İrina Lobaçeva, İlya Averbux, Nikolay Morozov, Yelena İlinix, Nikita Katsalapov, Daniyel Qleyxenqauz, Kamilə Vəliyeva, Yekaterina Kurakova, Uspenski qardaşları, Aleksandr Şubin və Daniyel Samsonov, Anastasiya Metel və bir çox başqalarının məşqçisi.

Dörd il ərzində o, hər şeyi əlindən alan dəhşətli sağalmaz ALS (Amiotrofik Yan Skleroz) xəstəliyi ilə mübarizə aparırdı. Güc, enerji, sevdiyi iş, hərəkət və nəfəs alma qabiliyyəti… Onu daha da yeyən bu xəstəlikdə özünü heç vaxt qəbul edə bilmədi. Rahat yat, ana… sən buna hamıdan çox layiqsən”.

Həmin kateqoriyadan