“Əvvəllər öz psixoloji sağlamlığa çox önəm vermirdim”

Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının sürücüsü Corc Rassel “Menth Health” nəşrinə müsahibə verib. Pilot son 2-il ərzində öz psixoloji təsəvvürünün necə dəyişdiyini xüsüsi vurğulayıb. Onun fikrincə, Formula-1 yarışında və ondan kənar psixoloq xidmətinin böyük rolu olub. Rassel insanların psixoloji dəstəkdən və psixoloq xidmətindən yararlanmasının utandırıcı olmadını düşünür:

“Əvvəllər öz psixoloji sağlamlığa çox önəm vermirdim. 2 il bundan oncə, ilk dəfə psixoloq qəbulundan sonra bu haqda düşünməyə başladim. Buna səbəb yarışlarda çıxışım və trasda yaşadığım hisslər idi. Seanslardan sonra, özümü daha yaxşı hiss etməyə başladim.

Beləliklə, yarış həftəsində daha gümrah və mübarizəyə davamlı çıxış edirdim. İlk dəfə, qəzadan sonra bu qərara gəldim. Ruhdan düşməməyə çalışsam da, sonradan peşəkarlara müraciət etdim. Fikrimcə, bu qəbul etdiyim ən doğru qərarlardan biri olub”.

Həmin kateqoriyadan