100-illik yubileyə basketbol turniri

Allsport.az xəbər verir ki, 11-15 mayda Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik-yubileyinə həsr olunmuş tələbələr arasında beynəlxalq basketbol turniri keçiriləcəkdir.

Beynəlxalq turnirdə xarici tələbələrlə yanaşı, Azərbaycan texniki universiteti və Azərbaycan dölət bədən tərbiyəsi və idman akademiyasının tələbələri də iştirak edəcəklər.

Turnirin oyunları hər birində dörd komanda olmaqla iki qrup üzrə keçiriləcək. Qruplarda ilk iki yeri tutmuş komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Qeyd edək ki, beynəlxalq basketbol turnirinin oyunları “Sərhədçi” idman mərkəzində baş tutacaq.

“A” qrupu

  1. Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası
  2. Leninqrad dövlət universiteti
  3. Süleyman Dəmirəl universiteti
  4. Akaki Tsereteli dövlət universiteti

“B” qrupu

  1. Azərbaycan texniki universiteti
  2. Özbəkistan dövlət bədən tərbiyəsi və idman universiteti
  3. Yanka Kupala Qrodno dövlət universiteti
  4. Türkmənistan tələbə komandası

Həmin kateqoriyadan