- Baxış sayı: 58
- 06 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Müdafiəçilərlə işləməyə cavabdeh olan rusiyalı məşqçi Sergey Voronov “Soçi”ni tərk edib.
Allsport.az xəbər verir ki, bu barədə Soçi təmsilçisi sosial media hesabında paylaşım edib:
“Biz Sergey İvanoviç Voronova işinə görə təşəkkür edirik və ona gələcək karyerasında və bütün işlərində uğurlar arzulayırıq!”
Xatırladaq ki, “Soçi” KHL-də ardıcıl 11 məğlubiyyət seriyasına malikdir.