- Baxış sayı: 45
- 22 İyun 2026 12:01
- Baxış sayı: 77
- İyun 23, 2026
- 0

Yevgeni Dadonov “Nyu Cersi” ilə müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, “şeytanlar”ın 36 yaşlı hücumçu ilə müqaviləsi hər mövsüm üçün 1 milyon dollardır.
Ötən mövsüm Dadonov “Dallas”ın tərkibində müntəzəm çempionatda 80 oyun keçirib və 40 (20+20) xal toplayıb.
Dadonov NHL karyerası ərzində “Monreal”, “Veqas”, “Ottava” və “Florida”da da oynayıb. Ümumilikdə, Dadonov NHL-də 617 oyunda 361 (163+198) xal toplayıb.