3×3 basketbol yığmalarımız Avropa kubokunun seçmə mərhələ oyunlarında iştirak edəcəklər

Allsport.az xəbər verir ki, 17-18 iyun Kiprin Limassol şəhərində 3×3 basketbol üzrə həm kişi, həm də qadın milliləri arasında Avropa kubokunun seçmə mərhələ oyunları baş tutacaq.

Bosniyalı məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət kişi yığma komandamız “A” qrupunda, Kipr, Lüksemburq və Malta millilərinə qarşı mübarizə aparacaq. Serbiyalı məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanovadan ibarət qadın yığma komandamız “A” qrupunda, İrlandiya və Malta milliləri ilə qarşılaşacaq.

Qadın və kişi millilərimizin qrupda ilk oyunları, 17 iyun Malta seçməsinin qadın və kişi komandalarına qarşı Bakı vaxtı ilə müvafiq olaraq saat 9:30 və 9:55 -də baş tutacaq.

Avropa Kubokunun əsas mərhələsi 5-7 sentyabr İsrailin Yerusəlim şəhərində keçiriləcəkdir.

Həmin kateqoriyadan