4 il 10 ay müddətinə diskvalifikasiya edildi

4 il 10 ay müddətinə diskvalifikasiya edildi

Beynəlxalq tennis dürüstlüyü agentliyi (İTİA) rusiyalı tennisçi Anastasiya Suxotinanı uzunmüddətli diskvalifikasiya edib.

Allsport.az xəbər verir ki, 26 yaşlı idmançı 2019-2024-cü illər ərzində törətdiyi 8 qayda pozuntusunu etiraf edib.

Suxotinanın tennis oyunlarına mərc etdiyi, digər tennisçilərə rüşvət verdiyi və sübutları gizlətdiyi müəyyənləşib. Bu səbəbdən ona 4 il 10 ay müddətinə yarışlardan kənarlaşdırılma cəzası verilib.

Diskvalifikasiya 2031-ci il iyulun 16-da başa çatacaq. Bundan əlavə, rusiyalı tennisçi 30 min dollar məbləğində cərimə ödəyəcək.

Cəza müddətində Suxotina tennis yarışlarında iştirak edə, məşqçi kimi fəaliyyət göstərə və “Böyük dəbilqə”, ATP, VTA, dünya tennis və milli federasiyaların təşkil etdiyi turnirlərdə iştirak edə bilməyəcək.

Həmin kateqoriyadan