- Baxış sayı: 54
- 02 Noyabr 2026 10:26
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

Döyüş idmanları antidopinq idarəsi (CSAD) UFC ağır çəkili döyüşçüsü Uolt Harrisin 2023-cü ilin iyulunda narkotik testindən keçmədiyi üçün 4 il müddətinə cəza aldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, amerikalı 2027-ci ilin iyulundan tez olmayan oktaqona qayıda biləcək. Bu barədə UFC-nin rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, ötən il uğursuz dopinq testi səbəbindən UFC on ESPN 49 turniri çərçivəsində baş tutmalı olan Uolt Harrislə, Coş Parisian döyüşü baş tutmamışdı.