51 xal topladı, komandası qələbə qazandı

Milli basketbol assosiasiyasının (NBA) adi mövsüm matçında “Filadelfiya-76” komandası səfərdə olan “Yuta Caz”ı 3 xal fərqi ilə məğlub edib.

Allsport.az xəbər verir ki, “Solt Leyk Siti”də keçirilən görüş 127:124 (39:32, 32:29, 22:32, 34:31) hesabı ilə başa çatıb.

Kortda ən məhsuldar oyunçu 51 xal toplayan Philadelphia-nın mühafizəçisi Tyrese Maxey idi.

Həmin kateqoriyadan